“YouTube” videolara baxış sayını 1-ci saniyədən hesablamağa başlayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Əvvəllər baxış sayı 30 saniyədən sonra nəzərə alınırdısa, tərtibatçılar statistikadakı qarışıqlığı aradan qaldırmaq üçün uzun videoları “Shorts” qısa videoları ilə bərabərləşdirmək qərarına gəliblər.
Bu dəyişiklik bütün növ kontentlərə, o cümlədən canlı yayımlara (strimlərə) da şamil ediləcək.
Xuraman Etibarlı
İnterpress.az






