Qadın ərinin məşuqəsinin iş yerini DARMADAĞIN ETDİ: 138 minlik çılçırağı SINDIRDIbackend

Qadın ərinin məşuqəsinin iş yerini DARMADAĞIN ETDİ: 138 minlik çılçırağı SINDIRDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Maxaçqalada qadın ərinin məşuqəsinin işlədiyi mağazada 138 min rublluq çılçırağı sındırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Maxaçqala şəhərində 35 yaşlı qadın ərinin ona xəyanət etdiyini öyrənib. Rəqibinin çılçıraq mağazasında çalışan rəfiqəsi olduğunu bilən qadın məsələyə aydınlıq gətirmək üçün onun iş yerinə yollanıb.

Rəfiqəsini orada tapmayan həyat yoldaşı qəzəbini saxlamayaraq vitrindəki çılçırağı yerə çırpıb.

Hadisə nəticəsində mağaza sahibinə 138 min rubl (təxminən 2760 manat) məbləğində maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az