“Korovka iz Korenovki” dondurmasında benzoat turşusu aşkar edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Söhbət brendin klassik plombir dondurmasından gedir. Məhsulun tərkibində E210 konservantı müəyyən edilib.
Qeyd olunur ki, bu maddə allergik reaksiyalara, qaşınmaya, övrəyə, astma xəstəliyi olan şəxslərdə isə öskürək və təngənəfəsliyin artmasına səbəb ola bilər.
Xuraman Etibarlı
İnterpress.az






