Mənzilindən və canından OLDU: Məhkəmə icraçılarının gəlişi zamanı özünü yandıran qadın ÖLDÜbackend

Mənzilindən və canından OLDU: Məhkəmə icraçılarının gəlişi zamanı özünü yandıran qadın ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada fırıldaqçıların qurbanı olan pensiyaçı özünü yandırdıqdan sonra vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, 68 yaşlı Natalya xərçəng xəstəliyindən əziyyət çəkib. İmmuniteti zəifləmiş və orqanizmi əldən düşmüş qadın aldığı ağır xəsarətlərdən (bədəninin 50%-dən çoxu, o cümlədən kürəyi, döş qəfəsi və qarnı yanıb) sonra düşdüyü güclü stressə tab gətirə bilməyib.

Avqustun əvvəlində, ömrü boyu yaşadığı mənzilin qapısı məcburi açılarkən pensiyaçı qadın üzərinə tezalışan maye tökərək özünü yandırıb.

Buna qədər o, məhkəmə icraçılarına və mənzilin yeni sahibinə qapını açmaqdan imtina edib, daha əvvəl isə evdən çıxarılma barədə iki xəbərdarlığa məhəl qoymayıb.

Özünü yandırması nəticəsində Menjinski küçəsində yerləşən 9,2 milyon rubl (təxminən 183 620 manat) dəyərindəki ikiotaq mənzil də yanaraq kül olub.

Pensiyaçının intihardan əvvəl dediyi son sözlər isə “Heç kimə qismət olmasın!” olub.

Xuraman Etibarlı

İnterpress.az