Kobaxidze Qaribaşvilinin təhlükəsizliyinə ZƏMANƏT VERDİbackend

Kobaxidze Qaribaşvilinin təhlükəsizliyinə ZƏMANƏT VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri həbsdə olan keçmiş Baş nazir İrakli Qaribaşviliyə təhlükəsizlik zəmanəti verib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Ötən gün həbsxanada olan Qaribaşvili bəyanat yayaraq hakimiyyəti onu və ailəsini “məhv etməyə” cəhd göstərməkdə ittiham edib.

“Mən zəmanət verirəm ki, onun (Qaribaşvilinin – red.) təhlükəsizliyi təmin olunub və bu səbəbdən dünən dərc olunan məktub mənim üçün anlaşılmazdır.

Əlbəttə ki, həm onun, həm də ailəsinin təhlükəsizliyi əvvəldən sonadək təmin edilib. Bu, ümumilikdə dövlətin məsuliyyətidir.

Dövlətin öz vətəndaşlarının təhlükəsizliyini qorumaq öhdəliyi var”, – Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Xuraman Etibarlı

İnterpress.az