ABŞ-da polis intihar etmək istəyən 20 yaşlı autizmli gənci güllələyib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Dənielin atası dərmanlarını qəbul etməkdən imtina edən oğlunun bıçaq götürərək intihara cəhd etməsindən sonra polisə zəng edib.
Hadisə yerinə gələn polis əməkdaşları təxminən bir saat ərzində gənci silahı yerə qoymağa inandırmağa çalışıblar, lakin o, qəfildən yerindən irəliyə doğru qaçıb.
Nəticədə polislər atəş açaraq onu güllələyiblər.
Xuraman Etibarlı
İnterpress.az






