Cənubi Koreyanın “ən gözəl qatili” üçün ölüm cəzası İSTƏNİLDİ – FOTObackend

Cənubi Koreyanın “ən gözəl qatili” üçün ölüm cəzası İSTƏNİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Koreyada “ən gözəl qatil” üçün ölüm cəzası tələb olunub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Kim So Yon kişilərlə ünsiyyət quraraq onların görüşlərin və sifarişlərin haqqını ödəməsinə nail olub. Kişilər əvəzində nə isə tələb etməyə başladıqda isə onları zəhərləyib.

Ümumilikdə 5 qurbanının olduğu bildirilir, onlardan iki nəfəri həyatını itirib.

İctimaiyyət hadisədən xəbər tutduqdan sonra qızın şəkilləri sosial şəbəkələrdə böyük populyarlıq qazanıb.

Hətta bəzi istifadəçilər onun görünüşünün çox gözəl olduğunu əsas gətirərək azad edilməsini tələb ediblər.

Lakin sonradan məlum olub ki, Kim So Yon bu fotoları güclü redaktə edib. Onun real görünüşü isə prokurorluq əməkdaşları tərəfindən çəkilmiş kadrlarda aydın görünür.

Bu kadrlar sosial şəbəkə istifadəçiləri arasında böyük təəccüb və müzakirələrə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az