Ermənistan polisi 10 gündən çoxdur Malişka kənd sakinlərinə qorxu yaşadan naməlum şəxsi axtarır.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Polis rəisi Kamo Çuçulyan mətbuat konfransında bildirib ki, naməlum şəxsin axtarışına bütün bölmələr cəlb olunub, lakin hələlik onu aşkar etmək mümkün olmayıb.
Məlumata görə, Vayots Dzor vilayətində maskalı naməlum şəxs gecə yarısından sonra evlərə daş atır, pəncərələri sındırır və qapılara zərər vurur.
Kənd sakinləri və yerli gənclər onu müstəqil şəkildə tapmaq üçün gecə növbələri təşkil ediblər.
Xuraman Etibarlı
İnterpress.az






