Krımlı qadın daha yaxşı həyat axtarışında Rusiyadan Tailanda qaçıb, lakin biznesini və pullarını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Hər şey 49 yaşlı Yuliyanın beş il əvvəl dəhşətli qəzaya düşməsinədək yaxşı gedirdi. Qadın kəllə-beyin travması və ciddi sağlamlıq problemləri alıb.
Baha başa gələn müalicə onun bütün yığımlarını yeyib, biznesini bağlamaq məcburiyyətində qalıb və bununla yanaşı borcları yaranıb.
Son iki ildə Yuliya taro falı baxmaqla çörək pulu çıxarmağa çalışıb və siyasi sığınacaq almağa cəhd edib.
Lakin iki həftə əvvəl dəniz gəzintisi zamanı qadının başı fırlanıb və o yıxılıb. Ayaq xəsarəti ilə xəstəxanaya çatdırılan Yuliya orada təxminən bir həftə yarım qalıb.
Müalicə haqqını ödəyə bilmədiyi üçün həkimlər polisə müraciət ediblər. Yoxlama zamanı bəlli olub ki, Yuliyanın qüvvədə olan vizası yoxdur, xarici pasportunun isə vaxtı keçib.
Hazırda rusiyalı qadın immiqrasiya mərkəzində saxlanılır.
Onu böyük cərimə və deportasiya gözləyir. Lakin o, yalnız anası qızının evə qayıtması üçün pul tapdıqdan sonra saxlanma mərkəzindən azad ediləcək.
Xuraman Etibarlı
İnterpress.az






