Əməkdar jurnalist Nurani vəfat edibbackend

Əməkdar jurnalist Nurani vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) uzun sürən xəstəlikdən sonra bu gecə vəfat edib.

Bu barədə “Minval Politika”nın baş redaktoru Emil Mustafayev məlumat verib.

O bildirib ki, vida mərasimi bu gün 12:00-da Təzə Pir məscidində keçiriləcək.

Nuraninin nəşi 13:00-da “Yasamal” qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Xatırladaq ki, Nurani 1992-ci ildən fəaliyyətə başlayaraq “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri olub. Son illərdə isə “Minval Politika” xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərib.