Metroda qeyri-adi ANLAR: Canlı ilanbalıqları vaqona DAĞILDI – VİDEObackend

Metroda QEYRİ-ADİ ANLAR: Canlı ilanbalıqları vaqona DAĞILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində metroda vedrədən qaçan ilanbalıqları sərnişinləri həyəcanlandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Çin sosial şəbəkələri məlumat yayıb.

Çin metrosunda gözlənilməz və maraqlı hadisə yaşanıb. Sərnişinlərdən birinin apardığı vedrənin aşırması nəticəsində onlarla canlı ilanbalığı vaqonun döşəməsinə dağılaraq hər tərəfə sürünməyə başlayıb.

Hadisə anının əks olunduğu kadrlar qısa müddətdə yerli sosial şəbəkələrdə geniş yayılaraq böyük marağa səbəb olub.

Metrodakı sərnişinlər baş verənlərə kifayət qədər təmkinlə yanaşıblar.

Panikaya düşmək əvəzinə, onlar canlıları tez bir zamanda toplamaqda həmin kişiyə köməklik göstəriblər və canlılar yenidən vedrəyə yığılıb.

Xuraman Etibarlı

İnterpress.az