Yaponiyada həyəcan siqnalı zəlzələdən daha çox QORXUTDU – VİDEObackend

Yaponiyada həyəcan siqnalı zəlzələdən daha çox QORXUTDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tokioda zəlzələ xəbərdarlığı sakinləri zəlzələnin özündən daha çox qorxudub.

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb.

Tokio şəhərində gecə saatlarında baş verən hadisə sakinlərin həyəcanına səbəb olub. Şəhər əhalisini yuxudan qəfil qaldıran fövqəladə xəbərdarlıq sisteminin səsi sanki köhnə qorxu filmlərindən götürülmüş dəhşətli səs effektlərini xatırladıb.

Ürküdücü sirena fonunda diktorun monoton səslə oxuduğu xəbərdarlıq mesajı sakinlər arasında gərginliyi daha da artırıb.

Nəticədə, gecəni təşviş içində keçirən bir çox Tokio sakini üçün ən qorxulu məqam zəlzələnin özü yox, sürətlə yayılan həyəcan siqnalının vahiməli səsi olub.

Xuraman Etibarlı

İnterpress.az