Norveç Kralı V Haraldın səhhəti PİSLƏŞDİbackend

Norveç Kralı V Haraldın səhhəti PİSLƏŞDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç kralı V Haraldın səhhəti kəskin pisləşib.

İnterpress.az xəbər verir ki, bu barədə NRK telekanalı məlumat yayıb.

Norveç Kral Sarayı 89 yaşlı monarx V Haraldın səhhətinin istirahət günlərində kəskin pisləşdiyini açıqlayıb.

Buna səbəb monarxın qanında yaranan bakterial infeksiya olub.

Kral V Harald avqustun 17-də infeksiya və hemolitik anemiya fəsadları səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlər monarxın müalicəsini davam etdirirlər.

Xuraman Etibarlı

İnterpress.az