Medvedev Ermənistan hakimiyyəti ilə bağlı sərt ifadə işlədib.
İnterpress.az xəbər verir ki, bu barədə Dmitri Medvedev TASS-ın sualını cavablandırarkən bildirib.
Medvedev Ermənistanın hazırkı hakimiyyəti ilə bağlı sərt ifadə işlədərək, ona münasibətdə yalnız “donuzların qarşısında mirvari səpməmək” qaydasının tətbiq oluna biləcəyini deyib.
O bildirib ki, İrəvan heç vaxt Avropa İttifaqına qoşulmayacaq, Rusiya və digər AİB ölkələri ilə münasibətlərinə birdəfəlik xələl gətirəcək. Bu, hazırkı Ermənistan rəhbərliyinin hərəkətlərinin bədəli olacaq.
“Aydındır ki, xroniki xəstəliklərdən əziyyət çəkən Ermənistan heç vaxt Avropa İttifaqına qoşulmayacaq, lakin Rusiya və digər AİB ölkələri ilə münasibətlərinə birdəfəlik xələl gətirəcək.
Bu, milli maraqlara xəyanət, Sorosun pulları və Erməni Apostol Kilsəsinin şeytani təqibləri ilə dolu olan bu kiçik ölkənin hazırkı hökmdarının şizoid ambisiyalarının bədəli olacaq. Lakin Ermənistandakı hazırkı hökumət üçün yalnız bir qayda tətbiq olunur: “Non mittite margaritas ante porcos”, – Medvedev əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az






