Rusiya Su-57E qırıcısını Misirə xarici çənlər olmadan GÖNDƏRDİbackend

Rusiya Su-57E qırıcısını Misirə xarici çənlər olmadan GÖNDƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Su-57E qırıcısı Misirə xarici yanacaq çənləri olmadan uçub.

İnterpress.az xəbər verir ki, bu barədə “Rostex” məlumat yayıb.

Su-57E qırıcısı Əl-Əlameyn şəhərində keçirilən aviaşouda iştirak etmək üçün uçuş həyata keçirib. Təyyarə xarici yanacaq çənlərindən istifadə etmədən, silah bölmələrində yerləşdirilən daxili çənlərlə uçub.

Qırıcı uçuş zamanı bir dəfə aralıq eniş edib. Misirə çatdıqda təyyarədə daha təxminən 1 000 kilometr uçuş üçün kifayət qədər yanacaq qaldığı bildirilib.

Növbəti gün Su-57E nümayiş uçuşu həyata keçirib.

“Rostex” qeyd edib ki, daxili çənlərdən istifadə xarici asqılardan imtina etməklə uçuş məsafəsini artırmağa imkan verir. Xarici çənlər əlavə hava müqaviməti yaradır və radar görünməsini artırır.

Qeyd edək ki, Əl-Əlameyn aviaşousu sentyabrın 8-dən 10-dək keçirilib. Tədbirdə Rusiya Su-57E-si ilə yanaşı, ABŞ və Çinə məxsus hərbi təyyarələr də iştirak edib.

Xuraman Etibarlı

İnterpress.az