Rusiyada seçkilər zamanı internet və mobil xidmətlərin kəsilməsi mümkündür.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib.
Ella Pamfilova bildirib ki, sentyabrın 18-dən 20-dək keçiriləcək seçkilər zamanı təhlükəsizlik tədbirləri ilə əlaqədar internet, mobil rabitə və məlumat ötürülməsində fasilələr yarana bilər.
O qeyd edib ki, mümkün məhdudiyyətlər səsvermənin keçirilməsinə mane olmayacaq.
Mərkəzi Seçki Komissiyası mümkün rabitə problemləri şəraitində distant elektron səsvermənin davam etdirilməsi üçün əlavə tədbirlər görüb.
Xuraman Etibarlı
İnterpress.az






