Novosibirskdə xokkey matçının son saniyəsində komanda yoldaşları arasında dava düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Novosibirskdə həvəskar xokkey liqasında “Pioner” komandası oyunun bitməsinə cəmi bir saniyə qalmış rəqibini 6:2 hesabı ilə məğlub edərkən, komanda üzvləri arasında dava düşüb.
23 yaşlı Dmitri 36 yaşlı İlyaya zərbələr endirib. Lakin İlya mübarizəni davam etdirərək gənc oyunçunu küncə sıxışdırıb.
Davanın hansı səbəbdən başladığı məlum deyil.
Xuraman Etibarlı
İnterpress.az






