ABŞ-də avtobus sürücüsünü qəza oyadıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
ABŞ-də avtobusun iştirakı ilə baş verən qəza zamanı sürücü və iki sərnişin xəsarət alıb.
Bildirilir ki, sürücü qəza nəticəsində xəstəxanaya çatdırılıb, sərnişinlər isə xəsarətlərinə baxmayaraq, hospitalizasiyadan imtina ediblər.
Sürücüyə diqqətsiz idarəetmə və hərəkət zolağı qaydalarını pozma ilə bağlı ittiham irəli sürülüb.
Xuraman Etibarlı
İnterpress.az






