Qəbələdə avtomobil piyadanı vuraraq öldürübbackend

Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə rayonun Zarağan kəndində baş verib.

Belə ki, Murad Mirəzizovun idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçən piyada Seyidməmməd Zəkəriyəyevi vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.