Tbilisi-Moskva təyyarəsi enişə bir saat qalmış GERİ QAYITDIbackend

Tbilisi-Moskva təyyarəsi enişə bir saat qalmış GERİ QAYITDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisi-Moskva reysi enişə bir saat qalmış geri dönüb, 200 sərnişin saatlarla hava limanında gözləyir

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-də sərnişinlərin açıqlamalarına istinadən məlumat yayılıb.

Georgian Airways aviaşirkətinin Tbilisidən Moskvaya uçan təyyarəsi enişə təxminən bir saat qalmış geri dönüb.

Təxminən 200 sərnişinin 8 saatdır hava limanında gözlədiyi, onlara su və yemək verilmədiyi bildirilir.

Təyyarə sentyabrın 21-də saat 23:55-də Tbilisidən yola düşüb. Sərnişinlər arasında yaşlı insanlar və əlilliyi olan şəxslərin də olduğu qeyd edilir.

Onların sözlərinə görə, aviaşirkətin nümayəndələri sərnişinlərlə əlaqə saxlamayıb və uçuş vaxtı dəfələrlə təxirə salınıb.

Gecikmənin Moskvanın Vnukovo hava limanının təyyarələri qəbul etməməsi ilə əlaqəli olduğu bildirilir.

Xuraman Etibarlı

İnterpress.az