Estetik prosedurdan sonra qadın müvəqqəti görmə qabiliyyətini İTİRDİ – FOTO/VİDEObackend

Estetik prosedurdan sonra qadın müvəqqəti görmə qabiliyyətini İTİRDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada qadın dodaq böyütmə prosedurundan sonra ciddi allergik reaksiya keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskvada Alina adlı qadın dodaqlarının ölçüsünü artırmaq üçün 10 prosedur keçirib.

Dodaqlarının həddindən artıq böyük olduğunu düşündükdən sonra dolğunu çıxartdırmaq qərarına gəlib.

İnyeksiyalardan sonra qadında güclü allergik reaksiya yaranıb. Kvinke ödemi tənəffüs yollarını bağlamaq təhlükəsi yaradıb.

Üzündə yaranan şişkinlik səbəbindən qadın bir gözündə müvəqqəti görmə qabiliyyətini də itirib.

Yaşadığı problemlərə baxmayaraq, Alinanın xarici görünüşündən hələ də narazı olduğu və yeni prosedurlar keçirməyi düşündüyü bildirilir.

Xuraman Etibarlı

İnterpress.az