Tibb bacısı öz körpəsini öldürdüyünə görə MƏHKUM EDİLDİbackend

Tibb bacısı öz körpəsini öldürdüyünə görə MƏHKUM EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ufa sakini yeni doğulan körpənin ölümünə səbəb olduğuna görə məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Başqırdıstan Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Ufa sakini evdə dünyaya gətirdiyi körpəni xilas etmədiyinə görə məhkum edilib.

O, evdə dünyaya gətirdiyi və tualetdə qoyduğu körpəni öldürməkdə təqsirli bilinib.

Məlumata görə, 2025-ci ilin sentyabr ayında qadın doğuş sancısı gələndə evdə olub. O, birbaşa unitaza həyat qabiliyyətli, tam müddətli bir oğlan uşağı dünyaya gətirib.

Tibb bacısı olan qadın uşağa kömək edə bilərdi, amma bilərəkdən bunu etməyib: onu sudan çıxarmayıb və təcili yardım çağırmayıb.

Körpənin boğulma nəticəsində öldüyü bildirilib. Məhkəmə qadını 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.

Xuraman Etibarlı

İnterpress.az