Lvovda hamilə qadınlara doğuş zamanı rusca qışqırmaq qadağan edilib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Lvovun doğum evlərində gələcək analar üçün yaddaş kitabçaları paylanır. Həmin vərəqələrdə hamilə qadınlara sancılar zamanı nitqlərinə nəzarət etmək və güclü ağrı hiss etsələr dahi rus dilinə keçməmək tövsiyə olunur.
Qadınlardan yalnız ukrayn dilində qışqırmaq xahiş edilir, əks halda körpənin “rus dilini hiss edə biləcəyi” bildirilir.

Xuraman Etibarlı
İnterpress.az






