Ayı yaşayış evinin həyətinə girərək itə HÜCUM ETDİ – VİDEObackend

Ayı yaşayış evinin həyətinə girərək itə HÜCUM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnoyarsk diyarında ayı həyətdə itə hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat” yayıb.

Krasnoyarsk diyarında ayı yaşayış evinin həyətinə girərək gözətçi itinə hücum edib. Yırtıcı iti volyerə sıxışdıraraq ona hücum edib.

Yerli sakinlərin sözlərinə görə, ovçular ayını zərərsizləşdirib, it isə sağ qalıb.

Həmin kənddə səhər saatlarında ayının gözətçiyə hücum edərək öldürdüyü bildirilir.

Məlumata görə, son bir ay ərzində Krasnoyarsk diyarında ayıların hücumu nəticəsində altı nəfər ölüb.

İstintaq Komitəsi faciəvi hadisələrlə bağlı səhlənkarlıq maddəsi üzrə cinayət işi açıb.

Xuraman Etibarlı

İnterpress.az