Hava limanında 1 milyon avroluq nağd pul MÜSADİRƏ EDİLDİbackend

Hava limanında 1 milyon avroluq nağd pul MÜSADİRƏ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuzbass sakini Mahaçqala hava limanında 1 milyon avronun qaçaqmalçılığında yaxalanıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Kuzbass sakini 2025-ci ildə Mahaçqala hava limanına içərisində təxminən 1 milyon avro (təxminən 1,93 milyon manat) nağd pul olan çamadanla gəlib.

Kişi bəyan edilməsi məcburi olan vəsaiti gömrük orqanlarına bildirməyib.

Nağd pul hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Xuraman Etibarlı

İnterpress.az