Dzyuba peşəkar futbolçu karyerasını başa çatdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Artyom Dzyuba peşəkar futbolçu karyerasını başa vurub.
Dzyuba Rusiya Premyer Liqası və Rusiya milli komandasının tarixində ən çox qol vuran futbolçu kimi qeyd olunur.
“Spartak” klubunun yetirməsi olan hücumçu karyerası ərzində “Tom”, “Rostov”, “Zenit”, Tula “Arsenal”, Türkiyənin “Adana”, “Lokomotiv” və “Akron” komandalarında çıxış edib.
Xuraman Etibarlı
İnterpress.az






