Qırğızıstan və Rusiya narkotiklərlə mübarizə üzrə SAZİŞ İMZALADIbackend

Qırğızıstan və Rusiya narkotiklərlə mübarizə üzrə SAZİŞ İMZALADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan və Rusiya narkotiklərlə mübarizə üzrə saziş imzalayıb

İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.

Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov və Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev MDB Daxili İşlər Nazirləri Şurasının iclası çərçivəsində Düşənbədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə əməkdaşlıq sazişi imzalayıblar.

Sənəd 2026-2028-ci illərdə Rusiyanın Qırğızıstan DİN-in qanunsuz narkotik dövriyyəsinə qarşı mübarizə xidmətinə dəstək proqramının həyata keçirilməsini nəzərdə tutur.

Proqram xidmətin maddi-texniki bazasının, əməliyyat imkanlarının və əməkdaşların peşəkar hazırlığının gücləndirilməsinə yönəlib.

Xuraman Etibarlı

İnterpress.az