Rusiyada canavarların yaşayış məntəqələrinə hücumları ARTIR – VİDEObackend

Rusiyada canavarların yaşayış məntəqələrinə hücumları ARTIR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uralda canavar sürüləri yaşayış məntəqələrinə yaxınlaşaraq ev heyvanlarına hücum edir

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Uralda canavar sürülərinin qida axtarışında meşələrdən yaşayış məntəqələrinə yaxınlaşdığı bildirilir.

Aramil şəhərində və ətraf yaşayış məntəqələrində vəhşi heyvanlar, o cümlədən ev heyvanlarına hücum edən canavarlar mütəmadi olaraq görülür.

Məlumata görə, Zabaykalyedə isə canavar evin yaxınlığında insana hücum edib. Yerli sakin yırtıcı heyvanı bıçaqla öldürüb.

Canavarların yaşayış məntəqələrinə yaxınlaşması 2025-2026-cı illərdə Sverdlovsk vilayətində baş verən meşə yanğınları və meşələrin intensiv qırılması ilə əlaqələndirilir.

Bildirilir ki, dovşan və digər ov heyvanlarının sayının azalması yırtıcıları qida axtarışında insan məskənlərinə yaxınlaşdırıb.

Aramil administrasiyası daxil olan məlumatları mütəxəssislərə təqdim edib. Şəhərdə sahibsiz itlərin həftəlik tutulması da gücləndirilib.

Xuraman Etibarlı

İnterpress.az