Primoryedə qadında COVID-19-dan sonra burun arakəsməsində böyük dəlik yaranıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Primoryedə 25 yaşlı Aleksandrada COVID-19-dan sonra nəfəs alarkən burnundan fit səsi gəlməyə başlayıb. Müayinə zamanı burun arakəsməsində diametri bir santimetrdən böyük dəlik aşkarlanıb.
Həkimlər problemin səbəbini müəyyənləşdirməkdə çətinlik çəkib və sifilis, eləcə də burun vasitəsilə narkotik maddə istifadəsi ehtimallarını nəzərdən keçiriblər.
Aleksandra bu ehtimalları qəti şəkildə rədd edib.
Məlumata görə, qadın təxminən altı ildir problemdən xilas ola bilmir. Moskvada keçirilən ilk əməliyyat yalnız müvəqqəti nəticə verib və bir il yarım sonra dəlik yenidən yaranıb.
Daha bir cərrah isə defekti pasiyentin dərisindən hazırlanmış toxuma ilə bağlamağa çalışıb, lakin əməliyyat uğursuz olub.
Hazırda əvvəlki cərrahi müdaxilələr səbəbindən həkimlərin Aleksandranı yenidən əməliyyat etməkdən imtina etdiyi bildirilir.

Xuraman Etibarlı
İnterpress.az






