Rusiyada vətəndaşların hərbi xidmətə kütləvi hazırlanması planlaşdırılır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiya Müdafiə Nazirliyi çağırışçıların, müqaviləli hərbçilərin və ehtiyatda olan şəxslərin hazırlanmasında DOSAAF-ın rolunu genişləndirən qanun layihəsi hazırlayıb.
Təlimlərin avtomobil məktəblərində, aeroklublarda, atıcılıq poliqonlarında və təlim mərkəzlərində keçirilməsi planlaşdırılır.
Proqram çərçivəsində pilotsuz uçuş aparatlarının idarə edilməsi üzrə hazırlıq da nəzərdə tutulur.
Hakimiyyət təşəbbüsü əvvəlcədən hazırlıqlı səfərbərlik ehtiyatının yaradılması zərurəti ilə izah edir.
2026-cı ilin ilk yarısında DOSAAF vasitəsilə 18 mindən çox gələcək çağırışçının hazırlıq keçdiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






