Ölüm hökmündən sağ çıxan Krista Paykın vəziyyəti ağırdır
İnterpress.az xəbər verir ki, bu barədə “The Tennessean” məlumat yayıb.
ABŞ-də ölüm hökmünün icrası zamanı sağ qalan Krista Paykın vəziyyətinin kritik olduğu bildirilir. Bu barədə məhkumun vəkilləri məlumat verib.
Məlumata görə, qadına ölümcül inyeksiyanın iki dozası vurulub, lakin o, buna baxmayaraq sağ qalıb.
İcranı həyata keçirən şəxslər isə prosedur zamanı çətinliklərlə üzləşib və ümumilikdə yeddi iynədən istifadə ediblər.
Krista Payk Tennessi ştatında 200 ildən çox müddətdə ölüm hökmü ilə edam edilən ilk qadın olmalı idi.
Xuraman Etibarlı
İnterpress.az






