Oktoberfestdə SİYASİ QALMAQAL: Deputatın üzünə ZƏRBƏ ENDİRİLDİbackend

Oktoberfestdə SİYASİ QALMAQAL: Deputatın üzünə ZƏRBƏ ENDİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktoberfestdə “Solçular”ın masasında siyasi qalmaqal yaşanıb, deputata hücum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

Münhendə Oktoberfest çərçivəsində Schottenhamel pivə çadırında “Solçular” fraksiyasına ayrılmış masada siyasi insident baş verib.

Bir qrup gəncin Fələstin şərfləri ilə “Free Palestine” şüarları səsləndirdiyi və masaya qarpız təsvirli plakat qoyduğu bildirilir.

FDP-dən şəhər şurasının deputatı Yörq Hoffmann qrupdan bunu dayandırmağı xahiş edib və çadır rəhbərliyinə müraciət edib. Qrup ərazidən çıxarılıb.

Daha sonra bir neçə qadının masaya qayıtdığı və Hoffmanna qarşı təhqiramiz ifadələr işlətdiyi, qadınlardan birinin isə deputatın sözlərinə görə, onun üzünə zərbə endirdiyi bildirilir. Hoffmann polisə şikayət etməyəcəyini açıqlayıb.

Münhen şəhər şurasında “Solçular” fraksiyasının rəhbəri Ştefan Yagel hadisəyə görə Hoffmannadan üzr istəyib. O, hücum edən qadının partiya və ya onun gənclər təşkilatının üzvü olmadığını, iştirakçılardan birinin tanışı olduğunu bildirib.

Hadisədən sonra Münhen meri Dominik Krauze “Solçular” fraksiyasını Oktoberfestin sonuna qədər festivaldakı masasından məhrum edib.

Xuraman Etibarlı

İnterpress.az