Leypsiqdəki PUA hücumunun arxasında rusiyalı dayanıb – “The Telegraph”backend

Leypsiqdəki PUA hücumunun arxasında rusiyalı dayanıb – “The Telegraph”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leypsiq hava limanında baş tutmayan PUA hücumunu 55 yaşlı rusiyalının təşkil etdiyi bildirilir.

İnterpress.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Nəşrin Almaniya, Litva və Polşa kəşfiyyat xidmətlərinin məlumatlarına istinadən yaydığı xəbərə görə, Leypsiq hava limanında baş tutmayan PUA hücumunun təşkilatçısı 55 yaşlı Rusiya vətəndaşı Oleq Levuşkin olub.

Onun Rusiya hərbi kəşfiyyatı, QRU ilə əlaqəli olduğu iddia edilir.

Məlumata görə, Levuşkinlə birlikdə diversiya hazırlığında Belarus vətəndaşı Andrey Karşakov da iştirak edib.

Karşakovun 2024-cü ilin yayında Polşanın Lodz şəhərində yerləşən “Leroy Merlin” tikinti hipermarketində baş verən yanğınla əlaqəsi ola biləcəyi bildirilir.

Almaniya rəsmilərinin açıqlamalarına görə, Leypsiq hava limanındakı insidentlə bağlı araşdırmada Levuşkinin əməliyyatın logistikasını təşkil etdiyi, Karşakovun isə hücumun icrasında iştirak etdiyi ehtimal olunur.

Xuraman Etibarlı

İnterpress.az