Yük maşını piyada keçidini DAĞITDI: Xəsarət alanlar var – VİDEObackend

Yük maşını piyada keçidini DAĞITDI: Xəsarət alanlar var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tatarıstanda avtomobil körpüsü çöküb, iki nəfər xəsarət alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Tatarıstan Respublikası Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Tatarıstanda avtomobil yolunun üzərində yerləşən yerüstü piyada keçidi qismən çöküb.

Hadisəyə magistral yolda hərəkətdə olan yük avtomobilinin keçidin daşıyıcı dayağına çırpılması səbəb olub.

Zərbədən sonra dayaq konstruksiyaya olan yükə tab gətirməyib və piyada keçidinin bir hissəsi uçub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Xuraman Etibarlı

İnterpress.az