Paşinyan Fransanın Ermənistandakı yeni səfirini QƏBUL ETDİbackend

Paşinyan Fransanın Ermənistandakı yeni səfirini QƏBUL ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan Fransanın Ermənistandakı yeni səfirini qəbul edib.

İnterpress.az xəbər verir ki, erməni mediası məlumat yayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın Ermənistandakı yeni təyin olunmuş səfiri Esküdyeni qəbul edib.

Görüşdə Ermənistan-Fransa ikitərəfli münasibətləri, hazırda həyata keçirilən proqramlar və qarşıdakı layihələr müzakirə olunub.

Tərəflər, həmçinin iqtisadi əlaqələrin inkişafı, infrastruktur və su ehtiyatlarının idarə olunması sahələrində birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gedişi də ayrıca müzakirə edilib.

Qeyd edək ki, Fransanın yeni səfiri sentyabrın əvvəlində vəzifəyə təyin olunmasından sonra Ermənistanın müdafiə naziri Suren Papikyan və Baş nazirin müavini Mher Qriqoryanla da görüşlər keçirib.

Xuraman Etibarlı

İnterpress.az