Novosibirsk vilayətində abadlıq işləri üçün ayrılan 68 milyon rublluq vəsaitlə bağlı erməni podratçı saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Novosibirsk vilayətində abadlıq işlərinin həyata keçirilməsi üçün ayrılan büdcə vəsaitləri ilə bağlı cinayət işi çərçivəsində podratçı saxlanılıb.
Məlumata görə, Qarik Badalyanın rəhbərlik etdiyi “Ulant” MMC-yə abadlıq işlərinin görülməsi üçün büdcədən ümumilikdə 68 milyon rubldan (təxminən 1 milyon 360 min manat) çox vəsait şəklində avans ödənişi edilib.
Lakin şirkətin üzərinə götürdüyü işləri yerinə yetirmədiyi bildirilir. İstintaqın versiyasına görə, büdcədən ayrılmış vəsaitlərin təxminən üçdə bir hissəsi mənimsənilib.
Hüquq-mühafizə orqanları Qarik Badalyanı Krasnodar diyarında saxlayıb və istintaq tədbirlərinin davam etdirilməsi üçün Novosibirskə gətirib.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






