ABŞ-nin Rusiyadakı səfirliyi İrkutsk vilayətində ağciyər taununa şübhə ilə bağlı xəbərdarlıq yayıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin Rusiyadakı səfirliyi məlumat yayıb.
Səfirlik İrkutsk vilayətində ağciyər taununa şübhə ilə bağlı ABŞ vətəndaşlarına xəbərdarlıq edib.
Məlumatda sözügedən vəziyyətlə əlaqədar ehtiyat tədbirlərinə əməl etməyin vacibliyi vurğulanıb.
Xatırladaq ki, son günlər Rusiyada taunla bağlı mümkün yoluxma hallarına dair məlumatlar fonunda qoruyucu vasitələrə, o cümlədən respirator və xüsusi geyimlərə tələbatın artdığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






