AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəisi August Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdurbackend

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəisi August Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur.

AnewZ məlumatlı mənbələrə istinadən bildirir ki, iş digər ölkələrlə bağlıdır və Hanninqin əldə etdiyi iddia olunan məxfi məlumatlar üçüncü tərəflərlə paylaşılmayıb.

Belə ki, Almaniya kəşfiyyat orqanları Azərbaycan tərəfinə məsələnin digər ölkələrə aid olduğu barədə məlumat veriblər.

Mənbələr əlavə edib ki, Hanning tərəfindən əldə edilən sənədlər üçüncü tərəfə ötürülməyib. O, bu sənədlərdən analitik yazı hazırlamaq məqsədilə istifadə edib.

Bununla bağlı məqalə ilk olaraq “Der Spiegel” də dərc olunub, sonra isə digər media qurumları bu skandalı Azərbaycana bağlayıblar.

Hanninq oktyabrın 6-da casusluq, dövlət sirri ilə bağlı qanun pozuntuları və dövlətə xəyanətə cəhd şübhəsi ilə saxlanılıb. Almaniya prokurorluğu işdə hansı ölkələrin və ya kəşfiyyat xidmətlərinin iştirak etdiyini açıqlamayıb.

Mənbələrin bildirdiyinə görə, araşdırmanı Federal Prokurorluq apardığı üçün Almaniyada digər dövlət orqanları məsələyə müdaxilə edə bilmir.

Qeyd edək ki, Azərbaycan Almaniyanın “Der Spiegel” nəşrinin Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaq çərçivəsində Azərbaycanın adını hallandırmasına etiraz edib. Azərbaycan xüsusi xidmət orqanları və diplomatik kanallarla həm Almaniya Kanslerinin ofisinə, həm də Almaniya XİN-ə bununla bağlı öz etirazını bildirib. Almaniyanın “Der Spiegel” nəşri mənbələrə istinadən Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) keçmiş rəhbəri August Hanninglə bağlı aparılan istintaqda Azərbaycanın adını hallandırıb. Nəşr iddia ki, August Hanning 1998-2005-ci illərdə Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri olarkən Azərbaycanın xeyrinə casusluq edib, müəyyən məxfi hesabatlar hazırlayaraq, Azərbaycan tərəfinə verib.

Media və Yayım Şurası da məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Almaniyanın “Der Spiegel” nəşrinin ilkin mənbə kimi yaydığı, daha sonra “Reuters“, “AFP”, “France 24”, “The Times”, “The Telegraph” və digər beynəlxalq media resurslarında tirajlanan Azərbaycanın adını sözügedən istintaq işi ilə əlaqələndirən əsassız iddiaların geniş auditoriyaya fakt kimi təqdim edilməsi ciddi narahatlıq doğurur və rəsmi mənbəyə istinad etmədən belə materialların dövriyyəyə buraxılması qəbuledilməz informasiya manipulyasiyası hesab olunur.