İspaniyada mənzil hüququ uğrunda mübarizənin simvoluna çevrilən qadın vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.
İspaniyada mənzil hüququ uğrunda mübarizənin simvoluna çevrilən 87 yaşlı Marikarmen Abaskal xəstəxanada vəfat edib.
Qadın sentyabr ayında Madrid şəhərində təxminən 70 il yaşadığı kirayə mənzildən çıxarılıb.
Onun evdən çıxarılması İspaniyada mənzil problemi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Sentyabrın 26-da Madriddə genişmiqyaslı aksiya keçirilib. Aksiya iştirakçıları mənzil böhranının qarşısının alınması və problemi azaltmaq üçün daha effektiv tədbirlərin görülməsini tələb ediblər.
Xuraman Etibarlı
İnterpress.az






