Putinin təsviri olan “Geran” Kiyev üzərində GÖRÜNDÜ – Ardınca partlayış BAŞ VERDİbackend

Putinin təsviri olan “Geran” Kiyev üzərində GÖRÜNDÜ – Ardınca partlayış BAŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev üzərində Putinin təsviri olan “Geran” görünüb.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukraynanın paytaxtı Kiyev üzərində üzərində Rusiya Prezidenti Vladimir Putinin təsviri olduğu bildirilən “Geran” tipli pilotsuz uçuş aparatı müşahidə edilib.

Ukrayna mediasının məlumatına görə, PUA şəhərdə göründükdən sonra partlayış səsi eşidilib. Bundan sonra Kiyevin bir hissəsində elektrik enerjisinin kəsildiyi bildirilib.

Hadisənin digər detalları barədə məlumat verilməyib.

Xatırladaq ki, Rusiya prezidenti 7 oktyabrda 74 yaşını qeyd edib.

Xuraman Etibarlı

İnterpress.az