ABŞ-də 67 yaşlı qadın məhkəmə binasının qarşısında sərxoş halda saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
ABŞ-nin İndiana ştatının Cenninqs dairəsində 67 yaşlı qadın məhkəmə binasının qarşısında avtomobili ilə təhlükəli manevrlər edib.
Məlumata görə, sərxoş olduğu bildirilən qadın hadisədən sonra saxlanılıb.
Cenninqs dairəsinin şerif ofisi isə hadisə ilə bağlı paylaşımında yumorla xəbərdarlıq edib:
“Dostyana xatırlatma: Əgər şam yeməyində həddindən artıq marqarita içmisinizsə, sükan arxasına keçməyin və əlbəttə ki, məhkəmə binasının qarşısındakı qazonda dövrə vurmayın”.
Xuraman Etibarlı
İnterpress.az






