İsraildə terror planlaşdıran beş nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
İsrailin Şin Bet təhlükəsizlik xidməti terror fəaliyyətinə hazırlıqla bağlı ciddi əməliyyat keçirib.
Məlumata görə, 2026-cı ilin may və iyun aylarında Segev-Şalom sakinləri olan beş şübhəli saxlanılıb.
Onların terror fəaliyyətini təşviq etmək və yaşayış məntəqəsində İudeya və Samariyadakı hərbi batalyonlara bənzər silahlı dəstə yaratmaq planları olduğu bildirilir.
İstintaqa görə, qrup müxtəlif ssenarilər üzrə terror aktları törətməyi planlaşdırıb. Bunlar arasında Segev-Şalomdakı polis bölməsinə atəş açılması, həmçinin Beer-Şevadakı mərkəzi avtovağzalda bıçaqlı hücum və atışma törədilməsi də olub.
Xuraman Etibarlı
İnterpress.az






