Prilukidə zərbə nəticəsində bir ailənin dörd üzvünün öldüyü bildirilir.
İnterpress.az xəbər verir ki, Ukrayna kanallarının yaydığı məlumata görə, Rusiyanın dünən Priluki şəhərinə endirdiyi zərbə nəticəsində bir ailənin dörd üzvü yaşadıqları mənzildə həlak olub.
Məlumata görə, hadisə nəticəsində 8 yaşlı Maksim, 13 yaşlı İrina, onların 37 yaşlı anası Yuliya və 39 yaşlı atası Aleksandr həyatını itirib.
Həlak olanların eyni ailənin üzvləri olduğu bildirilir.

Xuraman Etibarlı
İnterpress.az






