Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qadınlar Dialoqunda təmsil olunub – FOTObackend

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Qadınlar Dialoqunda təmsil olunub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tənzilə Rüstəmxanlı Türkmənistanda Beynəlxalq Qadınlar Dialoqunda iştirak edib.

İnterpress.az xəbər verir ki, Türkmənistanın Avaza şəhərində “Sülhün qorunmasında və davamlı inkişafa nail olunmasında qadınların rolu” mövzusunda Beynəlxalq Qadınlar Dialoqu keçirilib.

Beynəlxalq tədbirdə Azərbaycan nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Musa Qasımlı rəhbərlik edib.

Nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı, Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Tənzilə Rüstəmxanlı, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva iştirak ediblər.