Qadın meyiti TAPILDI: Üzərində ayı hücumuna xas çoxsaylı XƏSARƏTLƏR VARbackend

Qadın meyiti TAPILDI: Üzərində ayı hücumuna xas çoxsaylı XƏSARƏTLƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tomsk vilayətində tapılan qadının meşə heyvanının hücumundan öldüyü ehtimal edilir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Tomsk vilayətində, Lyazgino kəndi yaxınlığında tapılan qadının meyitinin üzərində ayı hücumuna xas çoxsaylı xəsarətlər aşkarlanıb.

Rusiya İstintaq Komitəsinin regional idarəsindən bildirilib ki, 55 yaşlı qadının ölüm səbəbi ekspertiza nəticəsində müəyyən ediləcək.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az