Estoniyalı kişi sərhəd-keçid məntəqəsinin darvazasından aşaraq Rusiyaya keçib.
İnterpress.az xəbər verir ki, bu barədə “ERR” məlumat yayıb.
Estoniyada ölkədən çıxmasına icazə verilməyən şəxs “Koidula” sərhəd-keçid məntəqəsində darvazadan aşaraq Rusiyaya keçib.
“ERR”in məlumatına görə, kişinin üzərində sanksiyalara düşən və sərhəddən keçirilməsi qadağan olunan rubl və avro aşkarlanıb.
Bundan sonra kişi Estoniya tərəfinə yönləndirilib. Lakin o, Rusiya istiqamətində qaçmağa başlayıb.
Gömrük əməkdaşları keçid məntəqəsinin darvazasını bağlasalar da, kişi darvazadan aşaraq Rusiyaya keçməyə müvəffəq olub.
Xuraman Etibarlı
İnterpress.az






