Məktəbli oğlanlar üçün şalvarlarda təhlükəli maddələr aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi “Roskaçestvo”nun araşdırmasına istinadən məlumat yayıb.
Rusiyada məktəbli oğlanlar üçün nəzərdə tutulan şalvarlarda sağlamlıq üçün təhlükəli maddələr aşkar edilib.
Araşdırmaya görə, Crazy Beaver və Roberto Balzini markalarının məhsullarında zəhərli fenolların miqdarı normadan artıq olub.
Bu maddələr dərinin və selikli qişaların qıcıqlanmasına, allergik reaksiyalara və baş ağrılarına səbəb ola bilər.
Bundan başqa, 15 markanın məhsullarında xammalın tərkibi ilə bağlı məlumatların yanlış və ya natamam olduğu müəyyən edilib. Etiketdə yun, pambıq və ya viskoza göstərilsə də, bəzi məhsullarda bu materialların daha ucuz poliesterlə əvəz olunduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






