İstanbulda DAŞQIN: Tarixi Sadabad məscidini SU BASDI – VİDEObackend

İstanbulda DAŞQIN: Tarixi Sadabad məscidini SU BASDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda güclü yağışlar tarixi məscidi su altında qoyub.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

İstanbulun Kağıthane rayonunda güclü yağışlar nəticəsində çay məcrasından çıxaraq tarixi Sadabad məscidini və ətrafdakı binaları su altında qoyub.

Axşam saatlarında başlayan və gecə boyunca fasilələrlə davam edən leysan nəticəsində Kağıthane çayının səviyyəsi yüksələrək daşqına səbəb olub.

Çaydan gələn sular onun sahilində yerləşən Sadabad məscidinin həyətini və ərazisini basıb.

Məscidin namaz qılınan hissəsi su altında qalıb, minbərin aşağı bölməsi də daşqından zərər görüb.

Məscidin qarşısında park edilmiş avtomobil də qismən suya qərq olub.

Xuraman Etibarlı

İnterpress.az