Narkotik ittihamı ilə saxlanılan Nəvaini yeni cəza GÖZLƏYİRbackend

Narkotik ittihamı ilə saxlanılan Nəvaini yeni cəza GÖZLƏYİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəvai Qazaxıstanda 7 il sürücülük hüququndan məhrum edilə və 15 sutka həbs oluna bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyalı reper Nəvai Qazaxıstanda narkotiklərlə bağlı saxlanıldıqdan sonra daha bir maddə üzrə məsuliyyətə cəlb oluna bilər.

Analizlərin nəticələrinə əsasən, musiqiçinin qanında qadağan olunmuş maddələr aşkarlanıb.

Məlumata görə, reper “Korday” sərhəd-keçid məntəqəsində saxlanılarkən “Mercedes” markalı avtomobili özü idarə edib.

Bu səbəbdən o, narkotik təsiri altında avtomobil idarə etməyə görə Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə cəzalandırıla bilər.

Həmin maddə üzrə onu 7 ilədək sürücülük hüququndan məhrumetmə və 15 sutkayadək inzibati həbs gözləyə bilər.

Bununla yanaşı, polis narkotiklərin qaçaqmalçılığı və satış məqsədi olmadan qanunsuz dövriyyəsi ilə bağlı araşdırma aparır.

Bu ittihamlar üzrə reperə 5 ilədək həbs cəzası və ya 5 min aylıq hesablama göstəricisinədək cərimə verilə bilər.

Məlumata görə, əməlin yekun hüquqi tövsifi hələ müəyyənləşdirilməyib. Reper barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə də baxılmalıdır.

Xuraman Etibarlı

İnterpress.az