Rusiyada kriptovalyutanın birbaşa alqı-satqısı QADAĞAN EDİLƏCƏKbackend

Rusiyada kriptovalyutanın birbaşa alqı-satqısı QADAĞAN EDİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 2027-ci ildən kriptovalyutanın P2P yolu ilə alqı-satqısı qadağan edilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

2027-ci il iyulun 1-dən Rusiyada kriptovalyutanın fiziki şəxslər arasında birbaşa alqı-satqısına qadağanın qüvvəyə minəcəyi bildirilir.

Məlumata görə, yeni qaydalar qüvvəyə mindikdən sonra kriptovalyuta əməliyyatları yalnız Rusiya Mərkəzi Bankının reyestrinə daxil edilmiş vasitəçilər üzərindən həyata keçirilə biləcək.

Kriptovalyutanın özü qadağan olunmasa da, onun alışı və satışı üçün qaydaların xeyli sərtləşdiriləcəyi qeyd olunur.

Həmçinin kriptovalyutanı şəxsi soyuq pul kisəsinə köçürməyin də qadağan ediləcəyi iddia edilir.

Xuraman Etibarlı

İnterpress.az